Futzal üzrə Yüksək Liqanın X turu çərçivəsində bu gün keçirilməli olan Alyans (Lənkəran) – Baku Fair matçı baş tutmayıb.
Yenicag.az xəbər verir ki, buna səbəb Lənkəran təmsilçisinin təyin olunan matçda meydana çıxmamasıdır.
Oyunun yekun nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.