Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, “Azərreyl” komandası mövsümün başa çatmasına 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
Famil Ağayevin rəhbərlik etdiyi kollektiv buna 9-cu turda ən yaxın izləyicisi “Abşeron”u 3:1 hesabı ilə üstələməklə nail olub.
Bu qələbədən sonra xalını 27-yə çatdıran paytaxt təmsilçisi 16 xala malik rəqibi üçün əlçatmaza çevrilib.
Qeyd edək ki, bu, “Azərreyl”in ikinci ölkə çempionluğudur.