Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edildi

“Araz-Naxçıvan” futzal klubunun Qazaxıstan “Kayrat”ı ilə keçirməli olduğu yoldaşlıq oyunu ləğv olunub.

Azərbaycan Futzal Federasiyasından Yenicag.az-a verilən məlumata görə, bu qərar hər iki baş məşqçinin istəyi ilə qəbul edilib.

Buna səbəb bu gün keçirilmiş matçda Naxçıvan təmsilçisinin bir neçə futzalçının zədələnməsidir.

“Araz-Naxçıvan”ın heyətində Katatau və Andreu Varqas zədələnərək görüşü sona qədər davam etdirə bilməyib. Ölkə çempionu buna qədər Sineseni də analoji səbəbdən itirmişdi.

Qeyd edək ki, görüş oktyabrın 22-nə nəzərdə tutulmuşdu.