“Azərbaycan COP29-un uğuru üçün digər ölkələrlə fəal qarşılıqlı fəaliyyət göstərir” – Nazir

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi seçildiyi gündən digər ölkələr və maraqlı tərəflərlə fəal qarşılıqlı əlaqələr qurub.

Yenicag.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.

M.Babayev qeyd edib ki, COP29-un rəhbərliyi bütün tərəflərin mövqelərini dinləmək üçün dünyanın müxtəlif ölkələrində çoxsaylı görüşlər keçirib: “Biz noyabrda COP29-un uğurla keçirilməsi üçün bu qarşılıqlı əlaqəni davam etdirəcəyik”.

COP29