Azərbaycan cüdoçuları 11 mayda Polşanın Radom şəhərində keçirilən cüdo üzrə Avropa Kata turnirində bürünc medal əldə ediblər.
Yenicag.az xəbər verir ki, İsmayıl Rzayev – tori (hücum edən idmançı) və İbrahim Aslanov – uke (müdafiə olunan idmançı) böyüklər arasında “Nage-no-Kata” üzrə 353,5 xal toplayaraq turnirin bürünc medallarınını əldə ediblər.
10 ölkədən 104 idmançının iştirak edəcəyi yarışda Azərbaycan altı idmançı ilə təmsil olunub.
Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdiriblər.
“Nage-no-Kata” üzrə Malik Alahverdiyev – tori, Samir İsmayılov – uke, İsmayıl Rzayev – tori, İbrahim Aslanov – uke, “Katame-no-Kata” Rafiq Nəcəfov – tori, Əmrah Əhmədov – uke çıxış ediblər.