Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri avqustun 19-dan 23-dək İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Azərbaycan Cüdo Federasiyasından Yenicag.az-a verilən məlumata görə, hazırlıq prosesində millimizin gənc oğlanlardan və qızlardan ibərət 18 idmançısı iştirak edib.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli və qadınlardan ibarət yığma komandanın məşqçiləri Elnur İsmayılov rəhbərlik edib.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.