Azərbaycan cüdoçuları Türingiya Kubokunda iştirak edəcəklər

Azərbaycan cüdoçuları Almaniyada yeniyetmə və gənc qızlar arasında keçiriləcək beynəlxalq Türingiya Kubokunda iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından Yenicag.az-a bildiriblər ki, ölkəmiz martın 23-24-də təşkil ediləcək yarışda 6 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunacaq.

Yığma üzvlərindən Xədicə Abdullayeva (40 kiloqram), Leyla Ələkbərov, Nərmin Məmmədli (hər ikisi 44 kiloqram), Nuranə Hacızadə, Diana Eldarova, Könül Eyvazlı, Nərmin Xəlilzadə (hamısı 48 kiloqram), Vüsalə Hacıyeva, Aysun Məmmədova, Aliyə Rüstəmova, Səmayə Yusifli (hamısı 52 kiloqram), Aytən Verdiyeva, Nilgül Rzayev (hər ikisi 57 kiloqram), Mələk Bayramlı, Fidan Cəlilli (hər ikisi 63 kiloqram) tatamiyə çıxacaqlar.

Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

COP29