Azərbaycan cüdoçuları Universiadanın ilk günündə iki medal qazandılar

Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasının ilk günündə Azərbaycan cüdoçuları iki bürünc medal qazanıblar.

Yenicag.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində Yaşar Nəcəfov, qadınların yarışında 48 kq-da Leyla Əliyeva üçüncü yeri tutub.

Qeyd edək ki, Universiada avqustun 8-də başa çatacaq./report