Azərbaycan cüdoçularının dünya çempionatındakı rəqibləri bəlli oldu

İyunun 6-13-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.

Yenicag.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, yarışda iştirak edəcək Azərbaycan təmsilçilərinin rəqibləri bəlli olub.

Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib – YENİLƏNİB
Azərbaycan boksçusu erməni rəqibini məğlub edib
Azərbaycan güləşçiləri Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb

Millimizi turnirdə 12 cüdoçu ilə təmsil edəcək. Onlardan doqquzu ilk, üçü ikinci mərhələdən yarışa başlayacaq.

Kişilər
60 kq
I mərhələ
Davud Məmmədsoy – Romarik Vend-Yam Buda (Fransa)
Kəramət Hüseynov – Mohammad Raşnonezad (İJF)

66 kq
I mərhələ
Orxan Səfərov – Naton Barns (İrlandiya)
Nicat Şıxəlizadə – Lusien Bors Dumitresku (Rumıniya)

73 kq
I mərhələ
Nurlan Osmanov – Tommy Maçias (İsveç)
Hidayət Heydərov – Ayton Siquie (Mozambik)

81 kq
I mərhələ
Zelim Tskayev – Terens Kouamba (Qabon)
II mərhələ
Murad Fətiyev – Elliott Konnoli (Yeni Zelandiya)

100 kq
II mərhələ
Elmar Qasımov – Boris Georgiyev (Bolqarıstan)

Qadınlar
48 kq
II mərhələ
Leyla Əliyeva – Sabina Gilyazova (RJF)
Aişə Qurbanlı – Julia Fiqueroa (İspaniya)

52 kq
I mərhələ
Gültac Məmmədliyeva – Tatyana Levitska Şukvani (Gürcüstan)