!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan da Suriyadan qaçqın qəbul etsin” – Təklif

!Reklam – Yazi

multeciler-suriyeli“Azərbaycan xoş jest göstərib məsləhət bilinən qədər Suriya və Əfqanıstandan Avropaya pənah aparan din qardaşlarımızın bir hissəsini qəbul edə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşən Manafov səsləndirdi: “Əslində BMT-in verdiyi açıqlamalara diqqət yetirsək, görərik ki, bu gün dünyada 20-dən çox ölkə humanitar fəlakətlə üzbəüz qalıb. Azərbaycanda bu dövlətlər sırasındadır. Ölkəmizdə qaçqınlar ordusunun sayı 1 milyondan çoxdur. Eyni zamanda, Azərbaycan tarix boyu özünün qonaqpərvərliyi, humanizmi, tolerantlığı ilə də seçilən sivil müsəlman ölkələrindəndir. Avropaya mühacirət etməyə məcbur olan insanların əksəriyyətinin Yaxın və Orta Şərqdən olan din qardaşlarımız olduğunu, habelə qarşıdan qardaşlıq, həmrəylik bayramı olan Qurban Bayramının da gəldiyini nəzərə alsaq, yəni məsələyə İslam dini, milli-mənəvi nöqteyi-nəzərdən yanaşsaq, dövlətimizin imkanlarından çıxış edərək, Azərbaycan xoş jest göstərib məsləhət bilinən qədər həmin din qardaşlarımızı qəbul edə bilər. Amma bu zaman Milli Təhlükəsizlik Nazirliyinin, xüsusi xidmət orqanlarının üzərinə xüsusi missiya düşəcək. Çünki, bu gün Avropa xüsusi xidmət orqanlarını da düşündürən məsələlərdən biri odur ki, bu qitəyə miqrasiya edən milyonların arasında İŞİD, Əl-Qaidə ilə bağlı insanların da ola bilməsi istisna deyil. Azərbaycan humanist mövqedən çıxış edəb din qardaşlarını qəbul etməyə hazır olsa da, bu məsələdə xüsusi xidmət orqanlarımızın üzərinə də xüsusi missiya düşəcək. Yəni bir ölçüb, yüz biçmək lazımdır ki, qəbul edəcəyimiz həmin miqrantlar arasında İŞİD, Əl-Qaidə, o cümlədən Qərbin xüsusi xidmət orqanlarının maraqlarına cavab verən qüvvələr olmasın. Bütün hallarda dövlətimiz imkan daxilində bu problemin həllinə töhvə verə bilər”.

ELÇİN

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv