Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

Bu il 7-10 avqust tarixlərində Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu, 14-18 avqust tarixlərində Bakıda 41-ci Dünya Skaut Konfransı keçiriləcək.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək və dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatılacağı bu beynəxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqların iştirakı gözlənilir.

Azərbaycan 2013-cü ilin fevral ayında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə
çevrilib.

Qəbələdə keçiriləcək Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparacaq, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi edəcəklər.

Dünya Skaut Konfransı Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində baş tutacaq. Müzakirə olunacaq əsas mövzular skaut təşkilatlarının gələcək inkişafından, strategiya və fəaliyyətlərinin yaradılmasından, eləcə də gələcək dövrlərə təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsindən ibarət olacaqdır.

Qeyd etmək lazımdır ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlər olacaqdır.

Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.

Yenicag.az

www.yenicag.az

357
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM