“Azərbaycan Dəmir Yolları”na yeni mətbuat katibi təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

Yenicag.az xəbər verir ki, sözügedən vəzifə Sənubər Nəzərovaya həvalə edilib.

O, bundan əvvəl “SOCAR AQŞ” MMC-nin mətbuat meneceri vəzifəsində çalışıb və yeni vəzifəsində Natəvan Bayramovanı əvəz edib.