Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, turun son oyunu “Qarabağ” – “Neftçi” derbisi ilə əlamətdar olub.
Tofiq Bəhramov adına respublika stadionunda keçirilən görüş komandalar arasında 100-cü duel kimi tarixə düşüb. Yubiley matçında qapılara qol vurulmayıb.
Bu heç-heçədən sonra xallarını 35-ə çatdıran Qurban Qurbanovun komandası turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub. 27 xalı olan “Neftçi” isə “Keşlə”ni geridə qoyaraq yenidən ikinci sıraya yüksəlib.
Günün ilk oyununda “Zirə” klubu səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, ilk oyun günündə “Sabah” evdə “Qəbələ”yə 3:2, “Səbail” isə səfərdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib.