!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

!Reklam – Yazi

unnamed-3Moldova Azərbaycanlıları Konqresinin sədri, iş adamı, xeyriyyəçi Vüqar Novruzov bu ölkənin ali dövlət mükafatına layiq görülüb. Vüqar Novruzov Moldovanın ali dövlət mükafatı – Respublika ordeni ilə təltif olunub. Noyabrın 11-də Moldova Respublikasının Dövlət İqamətgahında mükafatn təqdimat mərasimi keçiriləcək.

Respublika ordeni Moldovada vətənin və cəmiyyətin inkişafına naminə bütün sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.

Vüqar Novruzov 1962-ci ildə Azərbaycan Respublikasının Laçın rayonuda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayan V.Novrizov Moldova Dövlət Universitetinin hüquq fakultəsinin məzunu, hüquq elmləri doktorudur. O, 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olur, hazırda “Azmol Kompany” şirkətinin baş direktorudur.
Vüqar Novruzov 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Vüqar Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv