!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan diasporu Litva Seymində keçirilən sərgidə təmsil olunub

!Reklam – Yazi

unnamed (2)Litva Parlamentində təşkil olunan milli icmaların sərgisində Azərbaycan da təmsil olunub. „Litva Milli İcmaları: tarixin yolları ilə“ adlı sərgidə iyirmi milli icmanın yaranma tarixi, bu ölkədə təşəkkül tapmalarının ictimai-siyasi şəraiti, mədəniyyəti, maddi irsi və bu günkü fəaliyyəti haqqında bilgilər və fotogörüntülər yer alıb. Sərgidə Litva azərbaycanlılarına həsr olunmuş stend də nümayiş etdirilir.

Sərginin açılışında Seymiun deputatı Vitautas Yuzapaytis, Milli Azlıqlar Departamentinin nümayəndəsi Arturas Zapolkis, milli icmaların rəhbərləri, o cümlədən Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev iştirak edib.

Tədbirdə çıxış edənlər Litvada yaşyan icmaların, o cümlədən azərbaycanlıların ölkənin inkişafına verdiyi töhfələr qeyd olunub. Bildirilib ki, bu xalqlar öz milli xüsusiyyəti, yaradıcılığı, incəsənəti və tarixi ilə ölkənin tərəqqisinə dəstək göstərir. Qeyd edilib ki, hazırda Litvada 250-dən çox xalqın nümayəndəsi yaşayır və onların fəaliyyət dairəsi çox genişdir. Bu xalqlar ölkənin mədəniyyət, iqtisadiyyat, təhsil və digər sferalarında təmsil olunur. Ölkənin müstəqilliyinin qazanılmasında da milli icmaların rolu xüsusi qeyd edilib.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv