Azərbaycan Dillər Universitetində tələbələr ayağa qalxdı – Kütləvi etiraz

Azərbaycan Dillər Universitetinin əsas filialında tələbələr etiraz aksiyası keçirirlər.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, etiraza səbəb dövlət imtahanıdır.

ggggggBelə ki, əvvəlcədən müqavilədə dövlət imtahanının olmayacağı ilə bağlı bənd olub. Ancaq ali təhsil ocağının rəhbərliyi IV kurs tələbələrindən dövlət imtahanının götürülməsi ilə bağlı göstəriş verib. Bu da tələbələrin kütləvi etirazı ilə qarşılanıb.

Məsələ burasındadır ki, dövlət imtahanına 800-dən çox sual daxil edilib ki, tələbələr də bunu anormal hal kimi qiymətləndiriblər. Tələbələrdən aldığımız məlumata görə, digər universitetlərdə adətən, dövlət imtahanının sualları 100-dən artıq olmur.

Hazırda aksiya dayandırılıb. Tələbələrlə ADU rəhbərliyi arasında danışıqlar aparılır.

Emin
Yenicag.az

COP29