!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan dövləti əleyhinə aksiyanın memarı yenidən Bakıda!  

!Reklam – Yazi

Fətullahçıların Azərbaycanda yenidən aktivləşdiyini bildirmişdik. Qeyd etmişdik ki, bir ilə yaxın səssizliyini qoruyan şəbəkə yenidən aktivləşib. Belə ki, Ənvər Özərənin yerinə Azərbaycan imamı postuna Gülənin Azərbaycanda yeganə rəsmi təşkilatı olan Gazeteciler ve Yazarlar Vakfının “Dialoq Avrasiya” jurnalının rəhbəri Mustafa Saatçı gətirilib.

Dialoq Avrasiya Platformuna isə fətullahçıların beyin mərkəzindən-Qafqaz Universitetindən Cəlil Ərdəm təyin olunub. Cəlil Ərdəm təyin olunur-olunmaz Azərbaycan mediasındakı Natiq Paşa “kadrları”nın yardımı ilə görüşlərə başlayıb. Hətta bir neçə baş redaktor görüşmək istəməsə də, həmin “sapı özümüzdən olanlar”ın xahişini yerə sala bilməyiblər.

Aldığımız məlumata görə, fətullahçıların aktivliyi bununla yekunlaşmır. Bir müddət öncə ölkədən gedən Gülənin imamlarından Məsut Kurnaz da geri dönüb. Artıq Bakıda adı bizim, bütün bəhrəsi fətullahçıların olan liseylər və hazırlıq kurslarına yenidən onun rəhbərlik edəcəyi bildirilir.

Qeyd edək ki, Məsut Kurnaz liseylər bağlandığı zaman sosial şəbəkədə başlanan etiraz kampaniyasının əsas təşkilatçısı olaraq tanınır. Kimlər tərəfindən qurulduğu bəlli olmayan bir kampaniyanı dayandırmaq “qəhramanlığı” ona baha başa gəlmişdi. Ancaq göründüyü kimi Mustafa Saatçı kimi o da bir yolla “bəraət” alıb və Azərbaycandadır.

Xatırladaq ki, Ənvər Özərən Bakıda olmadığı zamanlarda həftəlik gizli söhbətləri Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin Ümumtəhsil Müəssisələri Baş İdarəsinin sabiq rəisi Məsud Kurnaz həyata keçirirdi. Eyni zamanda bu şəxs Ənvər Özərən qədər ictimaiyyətdə tanınmadığından əksər dövlət qurumları ilə də onun vasitəsi ilə əlaqə qurulurdu. Göründüyü kimi, qarşıdan həm Türkiyədə, həm Azərbaycanda seçkilər yaxınlaşmaqdadır. Türkiyədə məğlub olduqlarını və seçkilərdən sonra geniş çaplı həbslərin olacağı bilindiyi üçün Azərbaycanı seçiblər.

Yenicag.az

P.S. Ənvər Özərənin adı Gülənin “Bank Asya”sının ortaqları arasında olduğu ortaya çıxdıqdan sonra Azərbaycana gəlişində problemlər var. Bu səbəbdən də ən yaxın imamları vasitəsilə ölkəni nəzarətdə saxlayır.

 

www.yenicag.az

953
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv