“Azərbaycan düşüncə tarixi” kitabının təqdimat mərasimi keçiriləcək

“Azərbaycan düşüncə tarixi” adlı kitabın təqdimatı keçiriləcək.

Yenicag.az xəbər verir ki, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) tərəfindən hazırlanan və 2 cilddən ibarət “Azərbaycan düşüncə tarixi” adlı kitabın təqdimat mərasimi keçiriləcək.

Mərasim mayın 27-də Bakı Dövlət Universitetində təşkil edilən I Türk Dünyası Ədəbiyyat və Kitab festivalı çərçivəsində baş tutacaq.

Təqdimat mərasiminə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və YTB sədri Abdullah Ərən də qatılacaq.

Aqil Bəkir