!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan ədəbiyyatı yenidən yazılmalıdır" - Professordan ilginc təklif

!Reklam – Yazi

“Baku Qafqaz Sport Hotel”də “Azərbaycan Xalq Cümhuriyyəti – 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilir. 

Yenicag.az xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi, Azərbaycan Respublikası yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun rəsmiləri, eyni zamanda DQİDK yanında İctimai Şuranın üzvləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu, xalqımız üçün qoyduğu tarixi mirasın önəmi və həmin dövrdəki dövlət-din münasibətləri barədə danışıb. AXC-nin gördüyü işlər, onun tarixi əhəmiyyəti və milli, dini, irqi ayrı-seçkiliklərin aradan qaldırılmasında malik olduğu təsir barədə dinləyicilərə məlumat verib.

Daha sonra çıxış edən BDU-nun professoru Anar İsgəndərli AXC-nin dövlət-din məsələlərində həyata keçirdiyi siyasətdən danışıb:

“Dünyanın ən inkişaf etmiş və demokratik ölkələrində belə dini-irqi ayrı-seçkiliklər mövcud ikən, qısa zamanda yaranan və 23 ay fəaliyyət göstərən AXC hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, əldə etdiyi uğurlar təqdirəlayiqdir. Dünya tarixinə baxdıqda görərik ki, heç bir ölkə bu qədər qısa zamanda belə ciddi uğurlar əldə edə bilməyib. AXC dövləti Azərbaycan cəmiyyəti üçün bir çox “ilk”lər yaşadıb. O cümlədən də dövlət-din münasibətlərində həyata keçirilən uğurlu siyasət nəticəsində cəmiyyətdə olan ayrı-seçkiliklərin aradan qaldırılması mövcud parçalanmanın qarşısını almaqda müstəsna rol oynadı.

Bütün bunlar Azərbaycan ədəbiyyatına salınmalıdır. Yeri gəlsə, ədəbiyyat yenidən yazılmalıdır. Düşünürəm ki, buna ehtiyac da var. Bütün bu uğurlar, müvəffəqiyyətlər gənclərə aşılanmalıdır”.

Ardınca digər məruzəçilər də AXC-nin həyata keçirdiyi dövlət-din siyasəti ilə bağlı məruzələrini dinləyicilərlə bölüşüblər.

Konfrans Azərbaycan Xalq Cümhuriyyəti dövründə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması, xalqımızın vicdan azadlığının təmin edilməsi və milli-mənəvi dəyərlərinin qorunması məqsədiylə atılan mütərəqqi addımlar, eyni zamanda hazırda bu ənənələrin uğurla davam etdirilməsi barədə fikir mübadiləsi ilə davam edir.

www.yenicag.az

6331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv