Azərbaycan əhalisinin gəlirləri 21 faiz artdı

Bu il yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 62 milyard 233,9 milyon manat təşkil edib.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 19,9 % artaraq 6 182 manata çatıb.