Azərbaycan əhalisinin gəlirləri açıqlandı

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 46 milyard 056,8 milyon manat təşkil etdib və əvvəlki ilin eyni dövrünə nisbətən 1,4 faiz azalıb.

Yenicag.az xəbər verir ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 41 milyard 729,1 milyon manatlıq vəsait qalıb.

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 17,1 faiz artaraq 706,6 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3402,0 manat, qeyri neft-qaz sektorunda 648,3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 624,1 manat, özəl müəssisələrdə isə 810,0 manat olub.