Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 24 milyard 579,9 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 3,8% artaraq 2 412,9 manata çatıb.