Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dövrünə nisbətən nominal ifadədə 5,1% artaraq 7619,7 mln. manata çatıb.
Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlir isə illik müqayisədə 4,2% artaraq 772,2 manat təşkil edib.