Dövlət Statistika Komitəsi Azərbaycanda əhalinin sayı ilə bağlı ən son rəqəmi açıqlayıb.
2015-ci ilin sonuna olan məlumata görə, ölkə əhalisinin sayı 103,8 min nəfər və ya 1,1 faiz artıb. Son statistikaya görə, indi Azərbaycanda 9 milyon 696 min 800 nəfərə əhali yaşayır.
Əhalinin 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1009 qadın düşür.