Azərbaycan əhalisinin sayı açıqlandı

?????????????????????????????????????????????????????????

Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 49,9 min nəfər və ya 0,5% artaraq iyul ayının 1-i vəziyyətinə 9755,5 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür