!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan əhalisinin sayı açıqlandı

!Reklam – Yazi

66827797-4ed1-4f1e-9842-d2bf83ca960fBu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 61,9 min nəfər və ya 0,6% artaraq 2015-ci il avqust ayının 1-i vəziyyətinə 9 mln. 654,9 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin 53,2%-ni şəhər, 46,8%-ni isə kənd sakinləri təşkil edir. Əhalinin 49,8%-i kişilər, 50,2%-i isə qadınlardır. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 93,6 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i isə qızlardır. Doğulan körpələrdən 1704-ü əkiz, 48-i isə üçəmdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk 7 ayı ərzində 32,8 min ölüm halı qeydə alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,0-dan 5,9-a qədər azalıb(APA).

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv