“İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycanın valisi Malik Rəhməti, Təbriz şəhərinin imamcüməsi Seyid Məhəmməd Əl-Haşim, prezidentin mühafizə dəstəsinin üzvü Mehdi Musəvi helikopter qəzasında həlak oldular. Onlar Azərbaycanla həmsərhəd olan Araz çayında yeni su anbarının açılış mərasimində iştirak etmişdilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında amerikalı analitk Endryu Koribko deyib.
Mütəxəssis İran prezidentinin helikopter qəzasında həlak olması ilə bağlı yayılan informasiyaları şərh edib.
Onun sözlərinə görə, prezidentlər bərabər uçan konvoyun digər iki vertolyotu dağları təhlükəsiz keçib.
“Ona görə də bəzi media qurumları adıçəkilən dövlət rəsmilərini daşıyan helikopterin düşməsini sui-qəsd planının bir hissəsi, daha dəqiq desək, onun sabotaj edilmiş və ya hətta vurulmuş ola biləcəyini fərz etdilər. Bu nəzəriyyənin bir çox tərəfdarları öz fərziyyələrini əsaslandırmaq üçün İranın Amerika və İsraillə gərginliyinə işarə edir, digərləri isə Azərbaycanın İsraillə yaxın əlaqələrini nəzərə alaraq hadisənin baş verdiyini irəli sürür”, – deyə o bildirib.
E. Koribkonun fikrincə, qalmaqallı nəticələrə keçmək hələ tezdir, çünki bu hadisə ilə bağlı təhqiqat yenicə başlayıb:
“Praktikada bunun mükəmməl nümunəsini əminliklə bəyan edən Pepe Eskobara görə, baş verənlər, sadəcə, “qəza” deyil. Eskobar deyir ki, bütün Qərbi Asiyanın nəhəng bir vulkan olduğu bir vaxtda hökumətin yüksək dairəsini eyni helikopterə mindirmək çox təhlükəli və strateji və səhvdir. İranda iddia edirlər ki, dövlət rəsmiləri yeni su anbarının açılışı üçün guya heç vaxt ora getməməli idilər”.
O, Azərbaycan əleyhinə səslənən ittihamların absurd olduğunu söyləyib:
“Prezident İlham Əliyevin rəsmi internet saytı həmin taleyüklü gündə Prezident Rəisi ilə görüşünün tam stenoqramını paylaşmışdı. Qeyd edim ki, İranın mərhum lideri hər iki qonşu xalqın münasibətlərini dəfələrlə tərifləyib və onların gözəl münasibətlərindən inciyən adları açıqlanmayan düşmənlər ə xəbərdarlıq etmişdi”.
Rafi Müslümov