Azərbaycan elminə ağır itki – Dilavər Əzimli vəfat etdi

Tanınmış tarixçi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib.

Yenicag.az xəbər verir ki, D.Əzimli bu gün 62 yaşında dünyasını dəyişib.

Bir müddət əvvəl koronavirusa yoluxan alim yanvarın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diplomla bitirib. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk və Şərqi Avropa xalqları” kafedrasının müəllimi olub.