!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan ərazilərinin işğalına son qoymağın vaxtı çatıb”

!Reklam – Yazi

37015Regionda sabitliyin təmin edilməsi üçün beynəlxalq hüquq prinsipləri çərçivəsində Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalına son qoymağın vaxtı gəlib çatıb.

Bunu Trend-ə müsahibəsində Türkiyənin müdafiə naziri Vecdi Könül deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr yenidən Cənubi Qafqazda sabitlik və sülhün bərpa edilməsi üçün əsas maneə olan Dağlıq Qarabağ münaqişəsinin dərhal nizamlanmasının vacibliyini göstərir: “Regionda sabitlik və sülhün təmin edilməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan torpaqlarının azad edilməsi halında mümkündür”.

Nazir qeyd edib ki, “soyuq müharibə” başa çatdıqdan sonra bu gün dünya ictimaiyyətinin gündəliyində duran ən əhəmiyyətli məsələlərdən biri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, məhz Dağlıq Qarabağ problemidir.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün Qərbə, Azərbaycan isə Türkiyə üçün Mərkəzi Asiyaya çıxış imkanıdır: “Bu fakt iki ölkə arasında yüz illərdir davam edən qardaşlıq və dostluq münasibətlərini daha da möhkəmləndirib”.

Nazir deyib ki, məhz bu səbəbdən Dağlıq Qarabağ problemi Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də əhəmiyyətli məsələdir.

V.Könülün sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesləri diqqətlə izləyir və problemin həll edilməsində ATƏT-in Minsk qrupunun bütün səylərini dəstəkləyir: “Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi çoxtərəfli platformalar və üçüncü ölkələrlə danışıqlar zamanı həmişə Dağlıq Qarabağ məsələsini qaldırır. Ancaq 20 il ərzində ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ciddi uğurlar əldə etməməsi fakt olaraq qalır”.

O qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli Ankaranın xarici siyasətinin ən mühüm və prioritet məsələlərindən biri olduğundan, Türkiyə bu məsələdə Azərbaycanı tamamilə dəstəkləyir: “Türkiyə Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək və bu məsələni hər zaman gündəlikdə saxlayacaq”.

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv