!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” ictimai birliyi yaradıldı

!Reklam – Yazi

Bakıda yeni yaradılmış “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” ictimai birliyinin geniş ictimaiyyətə təqdimatı mərasimi keçirildi.

Yeniçağ.az xəbər verir ki, tədbiri giriş sözü ilə birliyin sədri Elşən Rəhimov açıb.

O, Azərbaycan Respublikası ilə Ərəb ölkələri arasında mövcud olan dostluq münasibətlərindən bəhs edib:

“Belə əlaqələrin formalaşmasında Azərbaycan Prezidenti tərəfindən ortaya qoyulmuş siyasi iradənin böyük rolu var. Son illər ərzində Ərəb ölkələri ilə Azərbaycan arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, biznes dairələri arasında təmasların artması, ölkəmizə gələn turistlərin sayında artımın müşahidə olunması, əməkdaşlığın inkişafı üçün yeni əlverişli imkanlar yaradır. Prezindent İlham Əliyevin təşəbbüsü ilə bu il ölkədə “İslam Həmrəyliyi İli” elan edildi, gələn ay “İslam Həmrəyliyi” oyunlarına ev sahibliyi edəcəyik. Məhz belə bir vaxtda “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” ictimai birliyinin yaradılması barədə qərar verilib və təşkilat dövlət tərəfindən qeydiyyata alınıb. Yerli iş adamları ilə yanaşı Ərəb ölkələrindən olan iş adamları ilə birgə təmsil olunacağıq. Təşkilatın yaradılmasında əsas məqsəd qarşılıqlı ticarət və invenstisiya yatırımlarının təşviqi vasitəsilə Azərbaycan Respublikası ilə Ərəb ölkələri arasında iqtisadi tərəfdaşlığı möhkəmləndirmək, dostluq münasibətlərini genişləndirməkdir. Bu istiqamətdə birlik tərəfindən müxtəlif üsullardan, o cümlədən potensial biznes tərəfdaşları arasında dialoqun təmin edilməsi, sərmayə perspektivlərinin təhlil edilərək məlumatlandırma işlərinin aparılması, biznes layihələrinin hazırlanması, biznes mühitinin qiymətləndirilməsi, üstünlük və imtiyazlar haqqında iş adamları arasında maarifləndirmə işinin təşkili, ixtisaslaşmış sərgilərin, biznes forumların və digər işgüzar xarakterli tədbirlərin, qarşılıqlı səfərlərin təşkili və s. bu kimi vasitələrdən istifadə ediləcək.

“Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi bir sıra oxşar təyinatlı təşkilatlarla, xüsusilə Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyi ilə sıx tərəfdaşlıq əlaqələri qurmaqla, birliyin üzvlərinə daha geniş spektrdə xidmətlər təklif edəcək. Hazırki iqtisadi konyuktura investisiyaların cəlb edilməsi, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində dövlətlər arasında rəqabəti gücləndirir. Zəngin maliyyə resurslarına sahib ərəb ölkələrinin işgüzar dairələri ilə sağlam prinsiplər əsasında sıx təmaslar qurulacaq. Təşkilat bu istiqamətlər üzrə işgüzar platforma rolunu oynayacaq. Bu baxımdan iş adamlarını və biznes dairələrini “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinə üzv olmağa və aktiv əməkdaşlığa dəvət edirəm”.

Daha sonra Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyinin rəhbəri Məhəmməd Al-Adil çıxış etdi. O çıxışı zamanı qeyd etdi ki, onların strategiyası Azərbaycanı bütün ərəb dünyasına – 22 ölkəyə tanıtmaqdır:

“Biz 22 ölkədən investor gəlməsinə çalışırıq. “ 1-ci Azərbaycan-ərəb işgüzar forumuna” 22 ərəb ölkəsini dəvət edəcəyik”.

Sonda “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi və Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

1159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv