Ermənilərin ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərinin bugünkü axtarışları nəticəsiz olub.
Yenicag.az erməni mətbuatına istinadən xəbər verir ki, Cəbrayılda aparılan axtarışlar zamanı müharibədə itkin düşmüş heç bir hərbi qulluqçu tapılmayıb.
Lakin qeyd edilir ki, Azərbaycan tərəfi Ermənistana Füzulidə tapılmış erməni hərbi qulluqçunun meyitini təhvil verib. Müharibə zamanı məhv edilmiş hərbçinin şəxsiyyəti ekspertizanın nəticəsindən sonra müəyyənləşdiriləcək.
Bununla da Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı 1 530-a çatıb.