!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan ermənipərəst qüvvələri öz arxasınca süründürməlidir”

!Reklam – Yazi

“Parisə gedən Sarkisyanın əsas məqsədi Qarabağı müzakirə etmək yox, özünün hakimiyyət planlarına dəstək almaqdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistan prezidentlərinə ünvanladığı güzəştə getmək çağırışını şərh edən politoloq Natiq Miri deyib.

Parisdə Ermənistan prezidenti Serj Sarkisyanla görüşən Fransa prezidenti Emmanuel Makron aparılan müzakirələrdən sonra keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Makron münaqişənin həlli yollarını tapmağın vacibliyini vurğulayıb.

Makron həmçinin əlavə edib ki, Fransa ABŞ və Rusiya kimi münaqişənin həllinə töhfə verməyə hazırdır. O, Parisin münaqişənin həlli üçün konkret təşəbbüs göstərməyə hazır olduğunu deyərək, Azərbaycan və Ermənistanı güzəştə getməyə çağırıb.

Bu barədə Yenicag.az-a danışan politoloq Natiq Miri Fransa prezidentinin Dağlıq Qarabağla bağlı növbəti açıqlamasında hər hansı bir yenilik olmadığını bildirib:

“Sadəcə, protokol xatirinə yenə də şablon sözlərdən istifadə olunub. Fransa və ATƏT-in Minsk qrupundakı digər həmsədr dövlətlər 25 ildir ki, guya münaqişənin həlli ilə məşğuldurlar. Lakin ortada konkret müzakirə oluna biləcək ciddi bir plan yoxdur. Həmçinin belə bir planın müzakirə olunmasına Ermənistan imkan vermir.

Belə olan halda, Makronun səsləndirdiyi bu cür açıqlamaların heç bir əhəmiyyəti olmayacaq. Onun bu açıqlamasını protokol xatirinə deyilən söz kimi qəbul edirəm. O cümlədən, Sarkisyan da Parisə Dağlıq Qarabağ probleminin həllini müzakirə etmək üçün getməyib.

Bilirsiz ki, mart ayında Ermənistanda seçkilər keçiriləcək. Sarkisyan da növbəti hədəf kimi hökuməti ələ keçirməyə hazırlaşır. O baxımdan düşünürəm ki, Sarkisyanın Fransaya bu səfəri Parisdən öz hakimiyyətinə dəstək almaq məqsədi daşıyır. Ola bilər, müzakirələrdə Dağlıq Qarabağ məsələsinə də ötəri toxunulub.

Açıq görünür ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində öz mövqeyini qətiyyən dəyişməyib. Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın belə yanlış yanaşması ilə münaqişəni yaxın müddətdə həll etmək mümkün deyil. Ona görə də, bu cür bəyanatları ciddiyə almaq lazım deyil.

Azərbaycan indiki həssas məqamda ildırımsürətli hərbi əməliyyatla Dağlıq Qarabağ ətrafındakı bir neçə yaşayış məntəqəsinin azad olunması barədə düşünməlidir. Yəni Ermənistan və onun havadarlarını Azərbaycanın yaratdığı prosesin arxasınca sürünməyə vadar etməli və Dağlıq Qarabağ məsələsini dünya gündəmində ön sıraya keçirməliyik”.

ELÇİN

www.yenicag.az

1412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv