!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan sülh müqaviləsi üçün TARİX: “Zaxarovanın bu qeyri-müəyyən cavabı...” - ŞƏRH

!Reklam – Yazi

“Buradan belə anlaşılır ki, hazırda Rusiyanın bütün diqqəti Ukraynaya hərbi təcavüzdən sonra düşdüyü vəziyyətdən necə çıxacağına yönəlib”.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın martın 17-də keçirdiyi brifinqdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixi haqqında indidən danışmağın “tez olduğu” haqda fikirlərinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu mövqe ifadəsi hazırda Rusiya diplomatiyasının əsas diqqətinin Ukrayna ətrafında yaranmış vəziyyətə yönəldiyini göstərir:

“Çox təəssüf ki, Rusiya 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasını təmin etmək əvəzinə hazırda Qarabağda hərbi gərginliyin artmasından narahatlığını bildirir.

Əslində, gərginliyi artıranların erməni terror dəstələri olduğunu Rusiya hər kəsdən yaxşı bilir. Çünki ermənilər Azərbaycan ordusunun mövqelərini məhz Rusiya hərbi kontingentinin nəzarətində olan ərazilərdən atəşə tuturlar. Bu isə o deməkdir ki, Rusiya Qarabağda üzərinə götürdüyü sülhməramlı missiyanın nəinki öhdəsindən gəlmir, hətta erməni terrorçularını da stimullaşdırmaqdan qalmır.

Dünən Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması təşəbbüslərini dəstəkləyir, ancaq o sazişin nə vaxt imzalanacağını indidən söyləmək tezdir. Aydın məsələdir ki, Azərbaycandan fərqli olaraq Ermənistan müstəqil siyasət yürütmək iqtidarında deyil.

Yəni açıq desək, Ermənistan Rusiyanın icazəsi olmadan sülh sazişi imzalaya bilməz. Zaxarovanın bu qeyri-müəyyən cavabından belə nəticə çıxarılır ki, hazırda Rusiyanın bütün diqqəti Ukraynaya hərbi təcavüzdən sonra düşdüyü vəziyyətdən necə çıxacağına yönəlib”.

A.Zeynalov

www.yenicag.az

996
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv