Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin üçtərəfli görüşü olacaq

Bu ay Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin üçtərəfli iclasının keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildiriblər.

Məlumata görə, bu ilin may ayında Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun toplantısının keçirilməsinə dair ilkin razılıq əldə edilib.

Görüşün dəqiq tarixi razılaşdırılır.