Azərbaycan Ermənistanla eyni qrupa düşdü

2023-cü ildə 16 yaşadək basketbolçular arasında Kosovanın paytaxtı Priştinada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Yenicag.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan Ermənistanla eyni qrupa düşüb.

Yığmamız C Divizionunun B qrupunda Ermənistanla yanaşı, Albaniya, San Marino və Kipr yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, yarış bu ilin 19-27 iyul tarixilərində baş tutacaq./Qafqazinfo/