!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan əsgərləri bıçaqlandı, Gorus-Qafan yolu bağlandı - Ermənistan çaxnaşmada

!Reklam – Yazi

Azərbaycan sərhədçiləri Gorus-Qafan yolunu bağlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Gorus-Qafan yolu iki dəfə Azərbaycan sərhədçiləri nəzarəti altından keçir.

Dünən, 25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

Erməni hərbçilərinin Azərbaycan sərhədçilərinə hücumundan sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunu bağlayıb. Yolun bağlanması nəticəsində 25 maşın, 40-a yaxın mülki şəxs yolda qalıb. Erməni tərəfinin Azərbaycanla danışıqlarından sonra maşınlar buraxılıb, ancaq yol hələ də açılmayıb.

Səxavət Məmməd

www.yenicag.az

1861
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv