Azərbaycan əsilli boksçu İrəvanda erməni rəqibinə qalib gəldi – VİDEO

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında yerli idmançıya qalib gəlib.

Yenicag.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Nəbiyev ilk döyüşündə Canik Sahakyanı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi bu Avropa çempionatında iştirak etmir.