Azərbaycan əsilli reper Türkiyədə saxlanıldı – VİDEO

Azərbaycan əsilli 22 yaşlı rusiyalı reper Asya Əlizadə Türkiyədə narkotik vasitələrin təbliğinə görə saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.

Saxlanılmaya səbəb Əlizadənin klipləri və trekləri olub.

İstanbul Baş Prokurorluğu yoxlama aparıb və hazırda reperin deport olunacağı gözlənilir.