!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan əsilli türk rəssam prestijli mükafata layiq görülüb- FOTO

!Reklam – Yazi

Azərbaycan türkü rəssam Timur Taştekin, İstanbulda Vəfa lisseyinin verdiyi səslərlə “Ən yaxşı rəssam” mükafatını alıb.

Yeniçağ.Az xəbər verir ki, tələbələrin səsverməsi 12. Ənənəvi Kamal Sunal sənət həftəsi çərçivəsində baş tutub. 1972-ci ildə Vəfa lisseyindən məzun olan Timur Taştekin “Ən yaxşı rəssam” mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimindən sonra hislərini Yeniçağ.Az-la bölüşən rəssam qeyd etdi ki, tələbələrin səsverməsi ilə bu mükafata layiq görülməyim məni hədsiz dərəcədə sevindirdi.

“Kamal Sunal mənim məzun də məzun olduğum Vəfa lisseyinin fəxri, bir sinema sənətçisidir. Hər il aprel ayının sonunda məktəbimizdə Kamal Sunal Mədəniyyət sənət həftəsu keçirilir. Lisseyimizin tələbələri öz aralarında keçirdikləri səsvermə ilə sənət, jurnalistika, televiziya, karikatura, senari sahələrində ilin ən yaxşı yaradıcı insanlarını müəyyən edirlər. Bu il ” Ən yaxşı rəssam” adına layiq görüldüyüm üçün hədsiz sevindiç. 1872-ci ildə əsası qoyulan Vəfa lisseyi İstanbulun türkcə təhsil verən ilk qurumlarından olmaqla yanaşı Türkiyənin bir sıra məşhur insanlarının da təhsil aldığı bir lisseydir. Rəhmətlik Kamal Sunal da lisseyimizin məzunlarından olub, onun xatirısinə hər il mədəniyyət sənət həftəsi keçirilir. Biz mızunlar həyatımızın sonuna qədər Vəfa lisseyi ilə əlaqəmizi kəsməyəcəyik. Bir neçə gün sonra məktəbimizdə yenə yığıncaq keçiriləcək, ən yaşlı məzunlar belə bu yığıncağa qatılacaq. Mən sizin vasitənizlə məni bu mükafafata layiq görən tələbələrə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.”

Türkiyənin məşhur rəssamı Timur Taştekin 1945-ci il Ardahan vilayətinin Çıldır bölgəsində doğulub. Şəkil çəkməyə kiçik yaşlarından başlayan rəssam, 1970-ci illərdən etibarən Türkiyənin müxtəlif yerlərində açılan səgilərdə iştirak edib. Bu günə qədər 50-dən çox şəxsi rəsim sərgisi açan Timur Taştekin, Türkiyə və Avropada 100-ə yaxın sərgidə əsərlərini nümayiş etdirib. Modern türk rəsm sənətində Osmanlı motivlərindən ən çox istifadə edən rıssamın əsərləri ilə bir sıra muzeylər də yaxından maraqlanır. Rəssamın Yeniçağ.Az-a vediyi bilgiyə görə, Britiş Muzeum və Luvr muzeyi də onun əsərlərini almaq üçün ona müraciət ediblər, danışıqlar indi də davam edir.

Həmçinin rəssam Yeniçağ.Az-a verdiyi açıqlamada ən böyük arzusunun Azərbaycanda şəxsi rəsm sərgisi açmaq olduğunu da söyləyib.

Yeniçağ.Az

www.yenicag.az

956
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv