Azərbaycan əsilli türkiyəli siyasətçi prezidentliyə namizəd olacağını açıqladı

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sabiq deputatı Sinan Oğan prezidentliyə namizəd olacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə siyasətçi “Twitter” səhifəsində qeyd edib.

O özünü “Türk millətçilərinin prezidentliyə müstəqil namizədi” adlandırıb.

Daha öncə Sinan Oğan namizəd ola biləcəyini bildirmişdi: “Kılıçdaroğlu namizəd olarsa, mən də namizəd olaram”.

Qeyd edək ki, əslən azərbaycanlı olan Sinan Oğan Türkiyənin İğdır şəhərində doğulub. O, 2011-ci ildən 2015-ci ilədək Türkiyə Böyük Millət Məclisinin millət vəkili olub. 2017-ci ildə Millətçi Hərəkat Partiyasını tərk edib.