Azərbaycan əsilli ukraynalı deputat Rusiya və Belarus xalqına müraciət etdi – VİDEO

Azərbaycan əsilli ukraynalı siyasətçi, deputat Rusiya və Belarus xalqlarına müraciət edib.

Yenicag.az xəbər verir ki, onun müraciəti sosial şəbəkələrdə yayılıb.

O, Rusiya lideri Vladimir Putinin “Ukraynanı neonasistlərdən təmizləmək” açıqlamasına münasibət bildirib.

“Demək istəyirəm ki, mən Məmmədov soyadlı, milliyətcə azərbaycanlı, deputatam. Siz burada neonasistləri harada görmüsünüz?”, – deyə o qeyd edib.

Deputat həmçinin Ukraynadan kiçikdən böyüyə hər kəsin torpaqları qorumağa hazır olduğunu vurğulayıb.

COP29