Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan fermerlərinə 51 milyon manat subsidiya ödənildi

Bu ilin əvvəlindən indiyə qədər 155 537 fermerin “Fermer kartı”na 51,3 mln. manat subsidiya köçürülüb.

Kənd Təsərrüfatı Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, fermerlərin EKTİS-ə daxil etdiyi torpaq məlumatları və payızlıq əkin bəyanlarının yoxlamaları başa çatdıqca onların adlarına kart sifariş verilir və subsidiya məbləği kart hesablarına köçürülür. Bununla bağlı fermerin mobil telefonuna SMS mesaj, şəxsi kabinetinə isə bildiriş göndərilir.

Martın 6-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 474520 fermer qeydiyyatdan keçib. EKTİS-də qeydiyyatdan keçirilən təsərrüfatların ümumi sayı isə 596 887-yə çatıb. Fermerlərdən 361 307 nəfər payızlıq əkinlərini bəyan edib. Bu günədək EKTİS-də 993 718 hektar payızlıq əkin məlumatı bəyan edilib.

Bir neçə günə yazlıq əkinlərlə bağlı da fermerlərdən bəyanların toplanmasına başlanılacaq. Proses may ayının sonunadək davam edəcək. Bu müddət ərzində hər hansı səbəbdən EKTİS-də qeydiyyatdan keçməmiş, yaxud əkinini bəyan etməmiş fermerlər qeydiyyat və bəyan prosedurunu tamamlaya bilərlər. Gecikmiş müraciətlər də yoxlamaya yönləndiriləcək, yoxlama proseduru başa çatdıqdan subsidiyalar həmin fermerlərin kart hesablarına köçürüləcək.

Fermerlərin növbəti payızlıq əkinlərini bəyan etmə müddəti isə 1 sentyabrdan etibarən başlayacaq.

www.yenicag.az

349
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100