!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan filmləri Hindistanda göstəriləcək

!Reklam – Yazi

his-father-kolkata-laurels“Onun atası” qısametrajlı bədii filmi və “Sarılar – Qarabağ atının izilə” sənədli filmi Hindistanın 6-cı Kəlkətə Beynəlxalq Uşaq Film Festivalına dəvət alıb.

Yeniçağ.Az xəbər verir ki, bu barədə “Azərbaycanfilm” kinostudiyasının məlumat verib.“Onun atası” bədii filmi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınıb.

Bildirilib ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırıblar.

“Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycanın dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “Studio Tor 1” Filmproduktion tərəfindən istehsal edilib.

Çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan sənədli filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.
Qeyd olunub ki, 33 ölkədən 200 filmin iştirak edəcəyi festival dekabrın 31-dək Kəlkətədə davam edəcək.

Yeniçağ.Az

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv