2019-cu ildə “Formula 1” üzrə keçiriləcək dünya çempionatı ilə bağlı proqnozlar açıqlanıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, gələn il də Azərbaycan Qran Prisinin aprelin 26-28-nə təsadüf edəcəyi gözlənilir.
Bundan başqa Azərbaycan yarışın təşkilatçılarına ildə 60 milyon avro ödəməlidir. Maraqlıdır ki, bu məbləğ hər il 10 faiz ataracaq.
Əgər Azərbaycan tərəflər arasında bağlanılan müqaviləyə xitam vermək istəsə, bu barədə təşkilatçılara iki il əvvəldən xəbərdarlıq olunmalıdır.
Qeyd edək ki, “Formula 1” ilə Azərbaycan arasında olan müqavilənin müddəti 2025-ci ilə qədərdir.