Azərbaycan futbol yığmasının İslamiada üçün yekun heyəti açıqlanıb

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

“Report”un məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə 23 nəfərlik heyətdə yaşı daha çox olan 3 oyunçusunu da müəyyənləşdirib.

Bunlar “Neftçi”dən Ruslan Abışov, “Qəbələ”dən Rəşad Sadiqov, “Qarabağ”dan isə Ağabala Ramazanovdur.

Yeniçağ.Az