!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan futboluna YENİ SİSTEM təklifi: “Bu oyunçulardan nəsə möcüzə gözləmək ağılsızlıqdır”

!Reklam – Yazi

“AFFA rəhbərliyinin nə etmək, hansı addımlar atmaq istədiyini nə biz jurnalistlər, nə də digər futbol cameəsi başa düşür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında milli komandanın uğursuzluqları və Azərbaycan futbolunun inkişafı yolları barədə danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, əslində, millinin məğlubiyyətləri və problemləri barədə çox danışılıb.

“Artıq detallara deyil, ümumilikdə konsepsiya barəsində danışmalıyıq. Yəni, aşağı yaşlardan – 8, 13, 15 yaşlardan sırf uşaq futbolunun düzəlməsi ilə bu məsələ öz həllini tapan deyil. Uşaq futbolunun düzəlməsindən danışırıq, lakin onu düzəldib böyük futbolun yaddan çıxarmaq olmaz. Bunlar hamısı planlı şəkildə həyata keçiriləcək işlərin toplusu olmalıdır”, – deyə o qeyd edib.

O əlavə edib ki, AFFA qarşıdakı 10 il üçün strateji planın hazırlandığı barədə məlumat verib və ictimaiyyətin də fikirlərini öyrənib.

“Bu stateji planın yazılması və həyata keçirilməsi ən qısa zamanda başlanılmalıdır. Burada uşaq futbolu, infrastruktur, kadrların hazırlığı, meydançalar, mütəxəssislər, yeni futbolçuların inkişafı, azarkeşlərin tribunaya gəlməsi, futbolun xalq arasında təbliğatı kimi məsələlər toplu şəkildə həyata keçirilməsə bizim hər hansı futbolun inkişafından danışmağımız mümkün deyil”, – deyə o bildirib.

K.Məstəliyev qeyd edib ki, AFFA strateji, inkişaf planını ortaya qoymalı və artıq işə bu gündən başlamalıdır:

“Əslində, Azərbaycan futbolunun çox böyük problemləri var. Bu, yüzlərlə problemin heç olmazsa, birindən başlamaq lazımdır. AFFA-nın heç bir işlə məşğul olmadığını deyə bilməsəm də, görünən odur ki, gördükləri işin nəticəsi yoxdur. Deməli, ortada bir şey yoxdursa, bu işlə məşğul olan AFFA rəhbərliyinin nə etmək, hansı addımlar atmaq istədiyini nə biz jurnalistlər, nə də digər futbol cameəsi başa düşür. Millidə oynayan “yarımfabrikat” oyunçulardan nəsə möcüzə gözləmək ağılsızlıqdır. Ümumiyyətlə, köhnə sistem dağıdılmalı, yeni sistemdən başlanmalıdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv