Azərbaycan futbolunun tarixinə düşən təyinat rəsmiləşdi

Azərbaycan Premyer Liqasının debütantı “Səbail”də daha bir təyinat reallaşıb.

Yenicag.az xəbər verir ki, Törə Əhmədova klubun mətbuat xidmətinin rəhbəri təyin olunub. Məlumatı əməkdaşımızla söhbətində Əhmədovanın özü də təsdiqləyib.

Qeyd edək ki, Törə Əhmədova bunadək AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis kimi çalışıb.

Maraq üçün onu da bildirək ki, Törə Əhmədova Azərbaycan futbolu tarixində klubda çalışan ilk xanım mətbuat katibidir.

Yenicag.az