Azərbaycan futzalçıları Albaniya yığmasını məğlub edib

Bu gün futzal üzrə Azərbaycan milli komandası AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Yeniçağ.Az Apasport.az-a istinadən xəbər verir ki, yığmamız Albaniya ilə qarşılaşıb. B qrupundakı ilk matçında Bosniya və Herseqovina millisinə 5:4 hesabı ilə qalib gələn millimiz bu matçı da qalibiyyətlə başa vurub. Biro Jadenin yetirmələri 5:0 hesablı darmadağına seviniblər. Bu nəticə ilə birinci pilləyə yüksələn komandamıza liderlik üçün sonuncu – Macarıstanla oyunda heç-heçə də bəs edəcək.

Qrupun digər oyununda Bosniya və Herseqovina millisi Macarıstanla heç-heçə oynayıb.

AÇ-2018-in seçmə mərhələsi
B qrupu
II tur

Bosniya və Herseqovina – Macarıstan – 2:2

Azərbaycan – Albaniya – 5:0
Qollar: Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41

Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya)
Bakı idman sarayı

Yeniçağ.Az

COP29