Azərbaycan gələcəyə baxış siyasətini bu təməl üzərində qurub – Konstitusiya İslahatlarının Müasir Mərhələsi
X əsrin sonunda dünyada baş verən qlobal proseslər, xüsusilə də SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Sovet İttifaqının parçalanmasından sonra yaranmış dövlətlər öz müstəqilliyini elan etməyə başladı. Konstitusiya hər bir dövlətdə qanunun əsas mənbəyidir, ölkənin hüquq sisteminin əsasını təşkil edir.
XX əsrin son on illiyində və XXI əsrin əvvələrində dünyada çoxsaylı konstitusiya islahatları keçirilib, onların məqsəd, çərçivə və dinamikası əvvəlki illərə nəzərən fərqlənir. Bu dövrdə, xüsusilə milli hüquq sistemlərinə və xüsusilə konstitusiya inkişafına qloballaşma prosesləri təsir edir, onların dərinliyi daha çox konstitusiya normaları səviyyəsində fundamental dəyişikliklərin başlanmasına potensial imkan yaradır və hətta bu proseslər qaçılmaz olur.
Son bir neçə il ərzində postsovet məkanında baş verən bir sıra konstitusiya islahatlarının təcrübəsinin təhlili əsasında konstitusiya islahatlarının xüsusiyyətlərini aşkar etmək və onların dövlət və cəmiyyətin təməl prinsiplərinin dəyişdirilməsinə gətirib çıxarmayan konstitusiya mətnindəki adi dəyişikliklərdən fərqləndiyini göstərməkdir. Dövlət orqanlarının işinin təkmilləşdirilməsi, vətəndaşların rifahının artırılması və məmununluq səviyyələrinin yüksəldilməsi üçün dövlət qulluğunun modernizasiyası prosesi aparılır. Dövlət qulluğunun ənənəvi qaydalarına beynəlxalq təcrübələrə əsaslanan innovativ qaydalar tətbiq olunur. Konstitusiyaya dəyişikliklərin qəbul edilməsi hər bir ölkə üçün əsas hadisədir, çünki əksər hallarda bu proses ictimai əlaqələrdə islahatlar keçirilməsi məqsədi ilə diktə edilir. Konstitusiya mətnində qismən bir dəyişiklik belə konstitusiya və hüquqi qurumların əhəmiyyətli bir şəkildə yenidən qurulmasına səbəb ola bilər ki, bu da ölkənin konstitusiya inkişafının yeni bir modelini meydana gətirir. Tədqiqatlar göstərir ki, müasir dövlətlərdə fəaliyyət göstərən konstitusiyaların əksəriyyəti korrektə olunmuşdur. Bu, “qədim” konstitusiyalara və postsovet məkanında qəbul edilən kifayət qədər yeni əsas qanunlara da təsir etmişdir. Son on ildə konstitusiya islahatlarının hazırkı təcrübəsinin ümumiləşdirilməsi konstitusiya hüququnda həll edilməli olan bir sıra yeni problemləri, o cümlədən beynəlxalq demokratik hüquqi normaların nəzərə alınması zərurətini ortaya qoyur.
Konstitusiya islahatları hüquqi qurumlarda və normalarda keyfiyyət dəyişikliyidir və bu, konstitusiya mətnində olan digər dəyişikliklərdən fərqlənir. Konstitusiya islahatlarına dair konstitusiya və ya digər qanunların qəbul edilməsi ictimai əlaqələrin islahat prosesinin yalnız bir hissəsidir. İslahatla bağlı qanun çox vaxt ictimai (dövlət) sistemin müəyyən bir qurumuna, fərdin hüquqi mövqeyinin təməlinə təsir edən yalnız əsas şərtdir. Çox nadir hallarda yeni bir prinsip kimi formalaşan bir müddəa kifayət edir. Demək olar ki, hər zaman konstitusiyada dəyişikliklər yeni qanunvericilik aktlarının qəbul edilməsini, mövcud qanunvericiliyin yenidən nəzərdən keçirilməsini tələb edir. Bu proses uzun ola bilər, çünki qanunların qəbul edilməsi və hüquqi qurumların tətbiqi vaxt aparır. Eyni zamanda son 16 ildə həyata keçirilən konstitusiya islahatlarının diqqətlə hazırlanması və “paket prinsipi”nin köməyi ilə həyata keçirilməsi bu prosesin lazımsız şəkildə uzanmasının qarşısını alır.
Azərbaycan suverenlik əldə etdikdən, müstəqilliyin bərpasından sonra yeni – iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İslahatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin «Hüquqi islahatlar komissiyasının yaradılması haqqında» Sərəncamının (1996) və «Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərmanının (1998) müstəsna rolu olmuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi müntəzəm xarakterli bir prosesdir. Dövlət idarəetməsinin təkmilləşdirilməsi hər şeydən öncə dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi baxımından olduqca vacibdir. Deməli, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi bütövlükdə cəmiyyətin dinamik inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət idarəetmə sahəsində islahatlar iki istiqamətdə aparılırdı: bir tərəfdən dövlət aparatının təkmilləşdirilməsi, dövlətin məqsəd və funksiyalarını icra etməyə, iqtisadiyyatın səmərəliliyini artırmağa, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş demokratik, dünyəvi dövlət quruluşuna müvafiq dövlət qulluğu institutunun yaradılması; digər tərəfdən müasir sosial-iqtisadi sahədə dövlət qulluğuna qoyulan tələblərə cavab verən peşəkar, səriştəli, işgüzar və mənəvi keyfiyyətlərə malik, geniş dünyagörüşlü, intellektual səviyyəli vətəndaşların dövlət qulluğuna cəlb edilməsi, dövlət qulluqçusunun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, onların məsuliyyətinin artırılması
Konstitusiya (latın sözü olub, «quruluş», «təsisat» deməkdir) – dövlətin əsas qanunudur. Konstitusiya həmin ölkənin ictimai-iqtisadi quruluşunun əsasını, idarəetmə formasını və dövlət quruluşunun formasını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətlərini, dövlət hakimiyyətinin bölünməsi prinsipini təsbit edir. Konstitusiya həmin ölkənin hüquq sistemini təşkil edən digər normativ aktlara nisbətən ali hüquqi qüvvəyə malikdir.
1995-ci ilin noyabr ayının 12-də yüksək fəallıqla xalq tərəfindən bəyənilib qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin tarixində yeni əlamətdar səhifənin açılmasından xəbər verir. Bu əlamətdar hadisə dünya praktikasında qazanılan və demokratik dəyərlərə söykənən ilk Əsas Qanunun qəbul edilməsi ilə səciyyələnir. Konstitusiya 12 fəsil 158 maddədən ibarətdir. Düzdür, bundan əvvəl respublikanın bir neçə Konstitusiyası olmuşdur. Lakin yeni Konstitusiya Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra qəbul edilib, mahiyyəti, siyasi, iqtisadi və ictimai cəhətləri ilə, ümumbəşər dəyərləri, demokratik və hüquqi-dünyəvi cəhətləri, ən əsası isə insan hüquq və azadlıqlarının təsbit edilməsi ilə fərqlənir. [1] Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.
Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşduqdan sonra ölkənin davamlı inkişafını şərtləndirəcək idarəetə sisteminin qurulması istiqamətində davamlı addımlar atmağa başlamışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra səmərəli idarəetmənin konseptual əsaslarının yaradılması, normativ-hüquqi bazasının zənginləşdirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirməyə başlanmışdır. Müasir mərhələdə də dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində inzibati islahatların həyata keçirilməsi müntəzəm xarakter almışdır.
Son on illiklərdə Azərbaycanın iqtisadi, siyasi, sosial, hüquqi sahələrində köklü dəyişikliklə aparılmış, hakimiyyət sistemində, mülkiyyət münasibətlərində yenidənqurma prosesi getmiş, müasir dövlət qulluğu institutu formalaşmışdır.
Dövlət idarəetmə sahəsində islahatlar iki istiqamətdə aparılırdı: bir tərəfdən dövlət aparatının təkmilləşdirilməsi, dövlətin məqsəd və funksiyalarını icra etməyə, iqtisadiyyatın səmərəliliyini artırmağa, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş demokratik, dünyəvi dövlət quruluşuna müvafiq dövlət qulluğu institutunun yaradılması; digər tərəfdən müasir sosial-iqtisadi sahədə dövlət qulluğuna qoyulan tələblərə cavab verən peşəkar, səriştəli, işgüzar və mənəvi keyfiyyətlərə malik, geniş dünyagörüşlü, intellektual səviyyəli vətəndaşların dövlət qulluğuna cəlb edilməsi, dövlət qulluqçusunun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, onların məsuliyyətinin artırılması.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dövət idarəetməsinin cəmiyyət üzvlərinin maraqları çərçivəsində həyata keçirilməsinin təmin olunması istiamətində prinsipal addımların atılmasını xüsusi nəzarətdə saxlayır. Azərbaycanda həyata keçirilən inzibati islahatların başlıca hədəfi idarəetmənin cəmiyyətin gözləntilərinə cavab verməsini təmin etməkdən ibarətdir.
“Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır”, “Bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur” fikirlərinin müəllifi , Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət siyasətinin təməlində vətəndaş mövqeyinin əhəmiyyətini vurğulamaqla, cəmiyyətdə hər bir vətəndaşın, hər bir insanın qənaətə gəldiyi rəyə dövlətin münasibətinin hiss edilməsini bildirmişdir.
Dövlət başçısı İlham Əliyev Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində bildirib: “Bizim həyata keçirdiyimiz siyasətin əsasında insan amili, vətəndaşlarımızın rifahı məsələsi dayanır. Bütün addımlarımız, gördüyümüz işlər Azərbaycan xalqının maraqlarına xidmət edir. Təbii ki, xalqımızın etimadı, dəstəyi olmasaydı, biz bu nəhəng planları həyata keçirə bilməzdik.”
Ölkə rəhbərinin bildirdiyi kimi, xalqın maraqları, ictimaiyyətin rəyi hər zaman öyrənilmə obyekti olmaqla bərabər, dövlət idarəçiliyinin əsasında dayınır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb. İyulun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.İclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün iyulun 18-də təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılıb. Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər layihəsinə müsbət rəy verib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək (layihə əlavə olunur). Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.
Dəyişikliklərə nəzər yetirərsək, yeni referendum aktına əsasən dövlət başçısı Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq, birinci vitse-prezident və vitse-prezidentlər təyin olunacaq , Konstitusiya ilə bağlı təklif edilən bu dəyişikliklər Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirilməlidir.
Ümumiyyətlə, Azərbaycanda dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş təşəbbüs hesab etmək olar. Düşünürəm ki, istər parlament seçkiləri, istərsə də prezident seçkiləri ilə əlaqədar yaş həddinin götürülməsi demokratik prinsiplərə ziddiyyət təşkil edən məqamların aradan götürülməsi deməkdir.
Konstitusiya ilə bağlı təklif edilən bu dəyişikliklər çağdaş dövrümüzün tələblərinə uyğundur. Bu dəyişikliklər konstitusiyamızın möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə xidmət edir.
Azərbaycan Respublikasında islhatların başlıca istiqamətini cəmiyyət üzvlərinin maraqlarına cavab verən, onların istək və tələblərini dəqiqliklə nəzərə ala bilən dövlət idarəetmə sisteminin yaradılması təşkil edir. Vətəndaşlara göstərilən dövlət xidmətlırinin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də demokratik islahatların vacib istiqamətlərindən birini təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyası və Dəyişikliklər
· 2002-ci il avqustun 24-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş dəyişikliklərlə.
· 2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə.
· 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur. Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.
Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib.
24 avqust 2002-ci il – Referendum
Zaman keçdikcə bütün sahələrdə islahatlar aparıldığı kimi Konstitusiyanın dəyişdirilməsinə də ehtiyac duyulurdu. Ümummilli lider Heydər Əliyevin milli qanunvericiliyimizin daha da təkmilləşdirilməsi, ölkəmizin Avro-atlantik məkana inteqrasiyasını daha da sürətləndirmək məqsədi ilə 2002-ci il iyunun 22-də imzaladığı Fərman məhz bu məqsədi daşımaqla, Konstitusiyada dəyişikliklər edilməsi haqqında referendum aktının layihəsini ümumxalq səsverməsinə çıxarmışdır. Bu, ulu öndər Heydər Əliyevin dərin fəlsəfi düşüncələrinin məntiqi nəticəsi kimi, ilk növbədə dövlətçiliyimizin, demokratik norma və prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlmişdir.
2002-ci il avqustun 24-də əhalinin böyük əksəriyyəti referendum aktına səs verərək Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquqi islahatları dəstəklədiyini bildirmişlər. Konstitusiyanın müəyyən maddələrinə edilmiş əlavə və dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya məhkəməsinə müraciət etmək hüququ təmin edilmiş, həmçinin Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verilmişdir. Bu dəyişikliklərin bir qrupu məhkəmə hakimiyyətinin rolunun artırılması, Prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi ilə bağlı idi. Ölkənin əsas sənədinə edilmiş dəyişiklik Azərbaycan Respublikasındakı reallığı özündə əks etdirməklə xalqımızın, dövlətçiliyimizin gələcək tərəqqisinə xidmət edirdi. Heç də təsadüfi deyildir ki, parlament bu məsələ ilə əlaqədar özünün 2002-ci il 29 iyul tarixli müraciətində Ulu öndər Heydər Əliyevin hüquq siyasəti sahəsindəki bu təşəbbüsünü dəstəklədiyini birmənalı şəkildə ifadə etmişdir. Bu, Heydər Əliyev və parlament iş birliyinin ən parlaq nümunələrindən biri idi.
18 mart 2009-cu il Referendumu
Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən demokratikləşmə strategiyasında əsas aparıcı qüvvə olmaqla vətəndaş cəmiyyəti quruculuğu prosesinə daima öz müsbət töhfəsini verməkdədir. Demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri artıq göz qabağındadır. Respublikamızda formalaşan qanunvericilik bazasının təkmilləşdirilməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi Azərbaycan demokratiyasının davamlı inkişafından xəbər verir. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurmuşdur. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması dövlətin siyasətində prioritet məsələdir. Milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə 2009-cu ildə keçirilən referendum da Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarının qorunmasına, ölkənin hərtərəfli inkişafına göstərdiyi diqqətin bariz nümunələrindəndir. Belə ki, martın 18-də keçirilən səsvermənin yüksək fəallıq şəraitində keçməsi referenduma çıxarılan məsələlərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Konstitusiyaya təklif olunan əlavələr və dəyişiklikləri dəstəklədiyini nümayiş etdirmişdir.
Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan növbəti mühüm bir siyasi kampaniya beynəlxalq seçki qanunvericiliyinə uyğun şəkildə uğurla başa çatmış və xalq tamamilə azad, şəffaf, demokratik şəraitdə iradəsini ortaya qoymuşdur. Referendumun nəticələri vətəndaşların ölkə iqtidarına dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu həm də Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəkləndiyini deməyə ciddi əsaslar verir.
26 sentyabr 2016-cı il Referendumu Azərbaycan demokratik inkişaf xəttinə sədaqətini hər zaman nümayiş etdirmiş, daim təkmilləşməyə ehtiyac duyan vətəndaş cəmiyyətinin bəşəri dəyərlərlə inkişafı prinsiplərini əldə rəhbər tutmuşdur. Bu istiqamətdə həyata keçirilən davamlı islahatların uğurlu nəticələri artıq göz qabağındadır. Azərbaycanda qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, icra mexanizmlərinin dövrün tələblərinə uyğun yenilənməsi və tənzimlənməsi, daha çevik idarəetmə mexanizminin formalaşması, çoxpartiyalı sistemin və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, insanların sərbəst toplaşmaq azadlıqlarının təmin edilməsi demokratiyanın dinamik inkişafını təsdiq edən təkzibedilməz şərtlərdir. Müstəqil Azərbaycan inkişaf və gələcəyə baxış siyasətini bu möhkəm təməl üzərində qurmuşdur. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi dövlət siyasətinin prioritet məsələsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Ana Qanununa – Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsi (referendum) də ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir. Konstitusiyaya təklif olunmuş və ölkə vətəndaşları dəstəklənmiş dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
26 sentyabr 2016-cı il ümumxalq səsverməsinin (referendumun) nəticələri Azərbaycan vətəndaşlarının iqtidara dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatların ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsinin və müdafiə olunmasının bariz nümunəsidir. Azərbaycan Respublikası Konstitusiyasında 3-cü dəfə dəyişikliklər 26 sentyabr 2016-cı il tarixdə ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir. Konstitusiyanın 23 maddəsində dəyişiklik edilmiş, eyni zamanda Konstitusiyanın mətninə 6 maddə əlavə edilmişdir. Onları dörd qrupda birləşdirmək mümkündür: insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi; siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi;
dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi; insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılması. Təklif olunan 23 dəyişikliyin 16-sı, insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Digər dəyişikliklər isə siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi, dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin daha da təkmilləşdirilməsidir .
Dəyişikliklərə nəzər yetirərsək, yeni referendum aktına əsasən dövlət başçısı Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılmış, prezidentlik müddəti 5 ildən 7 ilə çıxarılmış, birinci vitse-prezident təyin olunmuşdur. Konstitusiya ilə bağlı təklif edilən bu dəyişikliklər Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirilməlidir.
Ümumiyyətlə, Azərbaycanda dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş təşəbbüs hesab etmək olar. Düşünürəm ki, istər parlament seçkiləri, istərsə də prezident seçkiləri ilə əlaqədar yaş həddinin götürülməsi demokratik prinsiplərə ziddiyyət təşkil edən məqamların aradan götürülməsi deməkdir. Konstitusiya hər bir dövlətdə qanunun əsas mənbəyidir, ölkənin hüquq sisteminin əsasını təşkil edir. Aliliyinə əsaslanaraq o, yüksək hüquqi müdafiədən yararlanır, xüsusilə də bir çox ölkələrdə (Belarus, Rusiya və s.) onun dəyişməsi üçün ciddi prosedurlar nəzərdə tutulur. 90-cı illərdə müstəqillik əldə etdikdən sonra bütün MDB ölkələrində yeni Konstitusiya qəbul edilmişdir. MDB ölkələrində aparılan islahatların əsas istiqamətlərindən biri dövlət hakimiyyəti sisteminin gücləndirilməsinin zəruriliyi ilə əlaqədar olaraq, hakimiyyətin qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi idi. Müstəqilliyin bəyan edilməsi bu ölkələrdə yeni konstitusiyanın qəbul edilməsini tələb etdi. Cəmiyyətin yenidən qurulması yönündəki fəaliyyətlər yalnız yeni konstitusiyanın qəbulundan sonra dəqiqlik və aydınlıq qazandı.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti
s.e.f.d.Murtəza Həsənov