“Azərbaycan” gəmisi Türkmənistanda – FOTOLAR

Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan “Azərbaycan” Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Oxu.Az-a verilən məlumata əsasən, türkmənistanlılar ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar.

Öz növbəsində gəmi heyəti də bu isti qarşılanmaya görə təşəkkür ediblər.

Qeyd edək ki, “Azərbaycan” ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk Ro-Pax tipli gəmi-bərədir. Gəmi bu ilin martında istismara verilib. Gəminin ilk səfəri 7 may tarixində Qazaxıstanın Kurık limanına olub.